BNA-dan "Kommersant.az"a verilən məlumata görə, müsbət rəy əldə edildikdən sonra qeyd edilən ünvanlarda nizamlanan piyada keçidləri təşkil ediləcək.
Qeyd edək ki, hazırda hər iki ünvanda piyadaların pərakəndə şəkildə xaotik hərəkəti müşahidə edilir. Bu da piyadaların təhlükəsizliyini təmin etməyə imkan verməməklə yanaşı, həm də nəqliyyatın axınında ləngimələrə səbəb olur.