USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kosmos" verilişi tezliklə efirdə olacaq

24.09.2018 İqtisadiyyat
0 0
Jurnalist Tural İsmayılovun ideya müəllifi olduğu "Kosmos" verilişi tezliklə efirdə olacaq.

"Kommersant.az" xəbər verir ki, "Kosmos" Azərbaycanın ilk elmi-populyar kosmos verilişidir. Layihənin rəhbəri və aparıcısı Tural İsmayılov, formatı və fərqliliyi ilə "Kosmos"un tezliklə media məkanında sevilən veriliş olacağına inandığını bildirib.

Qeyd edək ki, ayda 3 dəfə yayımlanacaq verilişin artıq 2 buraxılışı çəkilib.