USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Respublika fənn olimpiadalarının nəticələri bəlli olub, 45 nəfər qızıl medal qazanıb

11.05.2018 İqtisadiyyat
0 0
Respublika fənn olimpiadalarının nəticələri bəlli olub, 45 nəfər qızıl medal qazanıb Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Olimpiadanın ümumi nəticələri barədə məlumatı www.olimp.istedad.edu.az saytından əldə etmək mümkündür. Olimpiadada 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 nəfər bürünc olmaqla ümumilikdə 276 nəfər qalib elan olunub.

Olimpiada qaliblərinin mükafatlandırılma mərasimi mayın 15-də keçiriləcək.

Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

  • Əvvəlki

    Şəmkirdə balıq istehsalı və emalı müəssisəsi yaradılır

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0