USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Borc qalmaqalına “Azenko”nun baş müsahibindən cavab: “Heç özüm maaşımı almamışam”

09.07.2019 İdman
0 0
“Azenko” şirkətinin “Energetik” klubuna sponsorluğu dayandırmasından sonra şirkətlə klub arasındakı maliyyə problemləri daha da böyüyüb.

"Kommersant.az" xəbər verir ki, klubun prezidenti Ruslan Həmidov “Yeni Sabah”a açıqlamasında şirkətin onlara borclu olduğunu və bu borcu neçə müddət keçməsinə baxmayaraq, ödəmədiklərini bildirib:

“Deyəsən, bizim qalan əmək haqlarımızı vermək fikirləri yoxdur. Artıq futbolçular da dilə gəlib. Uşaqlar, uşaqların valideyinləri bir-birimizlə üz-göz olmuşuq. Bir-birlərinə zamin olub pul götürüblər. Bank da zəng edib valideyinləri narahat edir. Ölkə başçısına da, Mehriban xanıma da məktub yazacam ki, Azərbaycan vətəndaşlarının haqqı yeyilir. Bizim əmək haqqımızı niyə vermirlər? Müqaviləmiz olduğu dönəmdən olan pullarımız verilmir”.

İttiham edilən şirkətin baş mühasibi Ələsgər Məmmədəliyev isə saytımıza açıqlamasında yaxın 3-4 gün ərzində qalıq borcların qaytarılacağını bildirib:

“Bu yaxın 3-4 gün içində pullar veriləcək. Verilməməsinin səbəbi şirkətin iqtisadi böhran yaşamasıdır. Mənim özüm də heç maaşımı almamışam. Həll olunacaq”.