USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

PFL Premyer Liqaya sponsor tapmayıb? - Qurumdan açıqlama

14.08.2019 İdman
0 0
Bildiyiniz kimi, "Topaz" mərc şirkəti artıq futbol üzrə Azərbaycan Premyer Liqasına sponsoru deyil.

Artıq ölkə çempionatının başlamasına iki gün qalıb. Ancaq Premyer Liqaya yeni sponsor tapılmayıb. PFL bununla bağlı tender elan etmişdi. Görəsən, quruma təklif göndərən olubmu? Ümumiyyətlə, sponsor məsələsi nə yerdədir? Bu suallara cavab tapmaq üçün Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq.

Qurum rəsmisi Sport7.az-a açıqlamasında bu və bir sıra məqamlara aydınlıq gətirib?

- Tender elan etmişik. Hələ əvvəlcədən də bəyan etmişdik ki, şirkətlərin içərisində əcnəbi şirkət də var. Müzakirələr gedir. Çempionata sponsor olacaq şirkət həm maddi baxımdan, həm də ad baxımından Premyer Liqaya uyğun olmalıdı. Ona görə də hələ ad açıqlaya bilmirik. Yəni, bizə uyğun olan bir şirkətlə anlaşma olsa, yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

- Sponsor olmadan çempionata başlanılsa, ölkə çempionatı necə adlanacaq?
- Elə Premyer Liqa. Bizdə bu 2008-ci ildən təklif olunub və çempionatımız Premyer Liqa adlanır. Sadəcə əvvələ sponsorun adı əlavə olunur.

- Sponsorun olmaması hər hansısa bir çətinlik yaradıb?
- Belə bir çətinlik yoxdu. Təbii ki, sponsorun olması daha yaxşıdı. Bildiyiniz kimi, PFL ictimai birlikdi. Sponsorlarla, komandaların üzvlük haqları, cərimələri ilə maliyyələşir. Sponsorun olmaması Peşəkar Futbol Liqasına mənfi təsir göstərə bilər. Ancaq çempionatın təşkilatçılığında heç bir problem yoxdu, hər şey qaydasındadı. Əksinə əvvəlki illərə nisbətən hər şey daha da yaxşı olacaq inşallah.

- Uzun illər "Topaz"ın PFL-lə əməkdaşlığı davam etdi. Birdən-birə nə oldu ki, "Topaz" Premyer Liqaya sponsorluq etməkdən vaz keçdi?
- Hər bir başlanğıcın sonu olur. Onlarla əməkdaşlıq etdiyimiz dövrlərdə bir çox layihələrimiz oldu. Yəqin ki, onların da qarşısında başqa məqsədlər var.

- Hər hansısa bir anlaşılmaz, qalmaqal oldu?
- Xeyr, xeyr... Qətiyyən. Hətta bizim onlarla görüşümüz də olmuşdu, davam etmək fikrimiz də vardı. Son anda belə bir qərar verdilər. Hörmətlə yanaşırıq. Uzun müddət bizim əməkdaşlığımız, layihələrimiz olub. Aramızda heç bir narazılıq yoxdu.