USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qarabağ" - "Dundalk" oyununun biletləri satışda

25.07.2019 İdman
0 0
"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin İrlandiya "Dundalk”ı ilə cavab matçının biletləri bu gündən satışa çıxarılıb.

"Kommersant.az" xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulbar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, "Qarabağ” – "Dundalk” matçı iyulun 31-i, saat 21.00-da başlanacaq.