Futbol üzrə dünya çempionatında ilk tura yekun vurulub

19.06.2018 İdman
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk tura yekun vurulub.

"Kommersant"ın "Report"a istinadən məlumatına görə, turun son matçında H qrupundakı Polşa və Seneqal yığmaları üz-üzə gəlib.

Moskvadakı "Spartak" stadionunda təşkil olunmuş qarşılaşma afrikalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 37-ci dəqiqədə polşalı futbolçu Tyaqo Tsionek açıb. Lakin o, topu öz qapısına göndərib. 60-cı dəqiqədə Mbaye Nyanq Seneqalın ikinci qolunu vurub. 86-cı dəqiqədə isə polşalı Qjeqoj Krıxovyak təsəlli qoluna imza atıb.

Bu qrupun digər oyunu da Yaponiyanın Kolumbiya üzərində 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb.

DÇ-2018, H qrupu, I tur

16:00. Kolumbiya - Yaponiya - 1:2

Qollar: Xuan Kintero, 39 - Sindzi Kaqava, 6 (pen.). Yuya Osako, 73

Qırmızı vərəqə: Karlos Sançes, 3 (Kolumbiya)

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şaref (Əlcəzair)

Saransk, "Mordoviya Arena"

19:00. Polşa - Seneqal - 1:2

Qollar: Qjeqoj Krıxovyak, 86 - Tyaqo Tsionek, 37-öz qapısına. Mbaye Nyanq, 60

Hakimlər: Navaf Şukrallah, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, "Spartak" stadionu

Qeyd edək ki, ilk turdan sonra H qrupuna hərəyə 3 xala malik Yaponiya ilə Seneqal başçılıq edir. Xalsız Kolumbiya ilə Polşa son 2 pillədədir.