USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

1000 kişiyə 1005 qadın düşür - SAYIMIZ AÇIQLANDI

16.05.2018 İqtisadiyyat
0 0
İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 18 260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 916 345 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən "Kommersant.Az"a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9%-i şəhər yerlərində, 47,1%-I kənd yerlərində məskunlaşmış, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.

Bu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

  • Əvvəlki

    İki televiziyaya yayım hüququ verdi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0