USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın xarici iqtisadi mövqeyi - ARTAN VƏ AZALAN GÖSTƏRİCİLƏR

29.07.2019 İqtisadiyyat
0 0
Ölkənin xarici iqtisadi mövqeyi yaxşılaşmaqda davam edir. Azərbaycanın xarici ticarət balansı profisitlidir və artmaqdadır. Belə ki, yanvar-iyun aylarında malların ixracı 15.2%, o cümlədən, qeyri-neft ixracı 13.5% artmaqla monetar qızıl idxalı nəzərə alınmadan 11.6% göstərici ilə qeyri-neft idxalının artım tempini üstələyib. Neftin orta qiyməti ilin ötən dövründə 66 dolları üstələmişdir

"Kommersant.az" xəbər verir ki, profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 9.7% və ya 4.3 mlrd. dollar artaraq 49.1 mlrd. dollara çatıb.Beynəlxalq təşkilatlar 2019-cu ildə qlobal iqtisadi artım, o cümlədən ölkəmizin bir neçə əsas ticarət tərəfdaşları üzrə iqtisadi artım proqnozlarını azalmağa doğru təshih etmişdir. Qlobal qeyri-müəyyənliklər və ticarət qarşıdurmaları qalmaqdadır.

Dünya ərzaq qiymətləri cari ilin əvvəlindən 7.1%, o cümlədən ət məhsulları üzrə 8.4%, süd məhsulları üzrə isə 17.2% yüksəlib. Xarici monetar şərait yumşalmaqda davam edir və inkişaf etməkdə olan ölkələr qrupuna daxil olan əsas xarici ticarət tərəfdaşlarında makroiqtisadi sabitliyə müsbət təsir göstərir.

Fins.az

  • Əvvəlki

    Bakıda Novruz karnavalı planlaşdırılır

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0