USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

MBNP-nin aylıq hesabatı açıqlandı - 170-dən çox status və tvit paylaşılıb

02.11.2019 İqtisadiyyat
0 0
Oktyabr ayı ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) Çağrı Mərkəzi vasitəsi ilə 3000-dən çox, elektron və kağız daşıyıcılarında 2021, sosial şəbəkələr üzərindən 180-dən çox daxil olmuş müraciət cavablandırılıb. İnformasiya agentlikləri, xəbər portalları, televiziya, radio və digər media kanalları vasitəsilə rəsmi və işçi qaydada daxil olmuş 40-a yaxın sorğuya operativ şəkildə baxılıb. Ümumilikdə isə, Palata tərəfindən oktyabr ayı ərzində 5200-dən çox müraciət icra olunub.

"Kommersant.az" xəbər verir ki, bu barəıdə MBNP-dən deyilir.

Qeyd edək ki, oktyabr ayı ərzində sosial şəbəkələrdə ümumilikdə görülən işləri özündə əks etdirən 170-dən çox status və tvit paylaşılıb, Palata ilə bağlı süjetlərin, müxtəlif proqram və verilişlərin, eləcə də maarifləndirici çarxların, animasiya filmlərinin paylaşıldığı Youtube kanalında 30-a yaxın video yerləşdirilib.

Əlavə olaraq, oktyabr ayı ərzində kommunikasiya sahəsində görülmüş işlərin tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Sığortalı gələcək" adlı təşviqat proqramının könüllülərinin iştirakı ilə qısa video çarx hazırlanıb və sosial şəbəkələrdə yayımlanıb. Qeyd edək ki, video insanların sığorta barədə məlumatlandırılması istiqamətində "Sığortalı gələcək" proqramının rolu, könüllülərin proqram çərçivəsində fəaliyyəti, gördükləri işləri və təəssüratlarını əhatə etməklə insanların sığortaya marağının artırılması məqsədi daşıyır.

Bunlarla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ictimaiyyətin maliyyə xidmətləri sahəsində savadlılığının artırılması məqsədilə informativ broşürlar da hazırlanmış, kreditin əldə edilməsi, bankda əmanət yerləşdirilməsi, sığorta, həmçinin zaminlik öhdəlikləri və zaminin hüquqları istiqamətində bir sıra zəruri informasiyanı əhatə edən sosial video çarxlar çəkilmiş, aparıcı televiziya kanalları vasitəsilə, həmçinin vətəndaşlara xidmət sferasında fəaliyyət göstərən qurumların dəstəyi ilə geniş miqyasda yayımlanması təmin edilmişdir.

Paralel olaraq, kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin və kommunikasiyanın daha səmərəli və effektiv olmasını təmin etmək üçün Palata tərəfindən müvafiq tədbirlər də təşkil olunur.

  • Əvvəlki

    Türkiyə "mənfi"dən "sabit"ə qaldırıldı - Türk lirəsi "ölmədi"

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0