USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərin maaşı 17%-ə yaxın artıb

18.02.2020 İqtisadiyyat
0 0
Ötən il Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2018-ci ilə nisbətən 16,6% artaraq 634,8 manat təşkil edib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3 108,4 manat, qeyri neft-qaz sektorunda 579,1 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 531,2 manat, özəl müəssisələrdə isə 766,9 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, dövlət idarəetməsi və müdafiə; sosial təminat, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

  • Əvvəlki

    Koronavirusu müalicə edən həkim də öldü

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0