Yanvar-mart aylarında Azərbaycana kondisioner idxalı 56% azalıb

28.05.2020 Statistika
2020-ci ilin yanvar-mart aylarında Azərbaycana kondisioner idxalı 2019-cu ilin yanvar-mart ayları ilə müqayisədə 56% - 9,583 min ədədə qədər azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $3 milyon 177,3 min məbləğində (azalma 43,5%) qiymətləndirilir.

Yanvar-mart aylarında Azərbaycana $23 milyon 126 min dəyərində (artım 47,5%) 181,8 min ədəd (artım 1,6 dəfə) hesablama maşını, blok və qurğusu idxal olunub.

Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 26,8% - 50,935 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $9 milyon 781,3 min (artım 20,5%) təşkil edir.

VTB