USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan bu il 600 milyon manata yaxın borc qaytarıb

12.06.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin xərcləri 5 milyard 966 milyon manat təşkil edib ki, bunun da 3 milyard 82 milyon manatı və yaxud 51,7%-i cari xərclərdir.

Maliyyə Nazirliyinin məlumatına görə, bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 20,6 milyon manat və yaxud 0,7% çoxdur.

Hesabat dövründə büdcənin əsaslı xərcləri isə 2 milyard 298,9 milyon manat təşkil edib. Bu, xərclərin 38,5%-i deməkdir.

4 ay ərzində Azərbaycan dövlət borcuna və öhdəliklərinə xidmətə isə 584,4 milyon manat və yaxud büdcə xərclərinin 9,8%-i qədər vəsait yönəldib