USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan və Rusiyanın Altay diyarı turizm sahəsində əməkdaşlıq razılığına gəlib

21.05.2018 İqtisadiyyat
0 0
Azərbaycanın Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Altay diyarına səfər edib.

"Kommersant.Az" Rusiya KİV-inə istinadən xəbər verir ki, səfər zamanı diyar hökuməti ilə Azərbaycan nümayəndə heyəti turizm sahəsində qarşılıqlı əməkdaşlıq barədə razılığa gəlib.

Yaxın zamanlarda Azərbaycan nümayəndələri regional turizm sərgilərində iştirak edəcəklər. Agentlik artıq indidən Altay diyarının turoperatorları ilə əlaqələr yaradır.

Həmçinin qeyd edilir ki, altaylı turistləri Xəzər dənizinin sahilində və Azərbaycanın mədəni-tarixi yerlərində istirahət etmək imkanı maraqlandıra bilər.

  • Əvvəlki

    Avronun məzənnəsi 2 manatdan aşağı düşüb

Digər xəbərlər