USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlıların bu şəhərə girişi qadağan edildi

17.05.2019 İqtisadiyyat
0 0
Tatarıstan və Dağıstanda dünyaya gələn Rusiya vətəndaşlarının Çinin Fuyuan şəhərinə girişinə qadağa qoyulub. Bu barədə “Tatar-inform”a Xabarovsk şəhər sakini bildirib.

İnformasiyanı Çinə səfərlər təşkil edən turizm şirkətləri də təsdiqləyib.

"Çin tərəfi rəsmi sənədləri təqdim etməyib. Lakin praktikada onlar dərhal xəbərdarlıq edərək girişə imkan vermirlər. Düşünürəm ki, onlar dini prinsiplərə görə müsəlman terrorizmindən çox qorxurlar", – deyə Xabarovskda fəaliyyət göstərən "Sahekspo" turagentliyindən bildirilib.

"Laquna tur" şirkəti qadağanın həmçinin Azərbaycan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanda doğulan insanlara da şamil olunduğunu açıqlayıb.

Mənbələrin sözlərinə görə, bu qadağa cari ilin yanvar və ya aprel aylarından tətbiq edilməyə başlanıb.

Banker.az

  • Əvvəlki

    Təhsil müəssisələri üçün yeni dövlət rüsumları təsdiq olunub

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0