USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəki Xan Sarayı barədə qərar verildi - RƏSMİ

08.08.2019 İqtisadiyyat
0 0
Bu həftənin sonu qədər Şəki Xan Sarayına giriş bərpa olunacaq.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Turizm Agentliyinin (DTA) mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.

K.Quluzadə qeyd edib ki, saray ətrafındakı ağaclarda budanma, ərazidə bərpa, və təmizlik işləri yekunlaşıb:

"Saraya girişin bərpa olunması istiqamətində digər dövlət qurumları ilə razılaşdırılmalar aparılıb".

Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır.

Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib.

  • Əvvəlki

    “Azərişığ”ın 1,6 milyon manatlıq tenderinin qalibi 6 aylıq şirkət olub

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0