USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Azərbaycana gələn turistlərin sayı açıqlanıb - STATİSTİKA

08.08.2019 İqtisadiyyat
0 0
2019-cu ilin iyul ayında Azərbaycana 365 min əcnəbi qonaq səfər edib. Bu, 2018-ci ilin iyul ayına nisbətdə 10.6% artım deməkdir.

Bu barədə "Kommersant.az"a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, qonaqların üçdə birindən çoxunu 35%-lə Rusiyadan gələnlər təşkil edib. 2018-ci ilin eyni ayı ilə müqayisədə Rusiyadan 11 min və ya 10% çox qonaq gəlib.

İyul ayı üzrə ən böyük artım Gürcüstandan gələnlər arasında müşahidə olunub Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə 12 min və ya 26% daha çox xarici vətəndaş gəlib.
Bununla da iyul ayında Gürcüstandan gələnlərin sayı 61 min nəfər təşkil edib.

Səudiyyə Ərəbistanından səyahət edənlərin sayı 25% artaraq rekord həddə - 29 minə çatıb.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanı 1.8 milyon xarici səyahətçi ziyarət edib ki, bu da 2018-ci ilin ilk yeddi ayı ilə müqayisədə 122 min və ya 7.4% çoxdur.

Ən böyük artım 76 min və ya 23% daha çox xarici qonaqla Gürcüstandan gələnlərin sayında müşahidə olunub.

Mərkəzi və Cənubi Asiyadan gələn səyahətçilərdə də müvafiq olaraq 39% və 44% artım qeydə alınıb. Ən yaxşı turistik bazarlar sayılan Rusiya və Türkiyədən gələnlərin sayı 4% artıb.

  • Əvvəlki

    Nazirlik kassa çeki verməyən mağazaları aşkarladı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0