USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana 200 mindən çox turist gələcək

15.10.2019 İqtisadiyyat
0 0
Çinlə imzalanan sazişə əsasən, ildə təxminən 200 min çinli turist ölkəmizə gələcək.

Bunu Oxu.Az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

"Adətən, körfəz ölkələrindən gələn turistlər 5-8 il ərzində eyni yerə gedirlər. Ondan sonra onlar getdikləri istiqamətləri dəyişirlər. Hazırda Azərbaycana daha çox Cənubi və Mərkəzi Asiya ölkələrindən turistlər gəlir.

2018-2023-cü illəri əhatə edən konsepsiyamız üçün 12 prioritet bazar seçmişik. Bununla da həmin ölkələrdən Azərbaycana daha çox turist cəlb etmək istəyirik. Hazırda Cənubi və Mərkəzi Asiya ölkələri üstünlük təşkil edir. Buraya Hindistan, Pakistan, Qazaxıstan və Türkmənistan daxildir.

Eyni zamanda, Çindən çox böyük axın olacaq. Artıq dövlət səviyyəsində bu sahə üzrə iki ölkə arasında saziş imzalanıb. İldə təxminən 200 min çinli turist ölkəmizə gələcək. Bu proses bizim infrastrukturumuz və insan potensialımız hazır olandan sonra baş verəcək.

Avropada da çox böyük işlər görürük. Artıq iki ölkədən müsbət nəticələr əldə etmişik. Belə ki, Almaniya və Böyük Britaniyadan artım var. Həmçinin, qonşu Rusiya bazarı da artır. İran bazarı isə artıq özünə gəlməyə başlayıb. Çünki orada çox böyük azalma var idi. Türkiyədən gələnlərin də sayı çoxdur. Ümumiyyətlə, bazarlar müxtəlifdir, ümumi tendensiya isə müsbətdir", - deyə Kənan Quluzadə bildirib.

Bakının turist qəbul etmə potensialına gəlincə, qurum rəsmisi qeyd edib ki, Bakıdakı hotellər yüksək səviyyədə eyni anda 30 mindən çox turisti qəbul edə bilər:

"Bundan əlavə, Bakıda 100-ə yaxın hostel var. Həmçinin, Mənzil Fondundan da istifadə etmək olar".

  • Əvvəlki

    Ekspert qorxunc palma yağlarıyla bağlı həqiqəti açdı - “Azərbaycanda...”

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0