Qapısını turistlərin üzünə açacaq ilk üç ölkənin adı bilindi

04.05.2020 Turizm
Koronavirus pandemiyasından sonra turistlər üçün qapısını ilk açan ölkələr Yunanıstan, İtaliya və Türkiyə olacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Praym” agentliyinə politoloq Dmitri Abzalov məlumat verib.

Mütəxəssisin fikrincə, kütləvi turizm marşrutlarının yayın ortalarından əvvəl açılmasını gözləməyə dəyməz, hələ o da yalnız dünyanın əksər ölkələrində pandemiyanın sönməsi halında mümkün ola bilər.

Abzalov hesab edir ki, Türkiyə, İtaliya və Yunanıstan iqtisadiyyatı daha çox çimərlik turizmindən asılı olduqları üçün turistləri başqalarından daha əvvəl qəbul etməyə başlayacaqlar.

Politoloqa görə, hər bir halda Avropada yay turizm mövsümü itiriləcək, çünki ənənəvi olaraq turistlər yerləri yazda bron edirlər ki, məlum səbəbdən indi bunu edə bilməyiblər.

VTB