USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu turizm obyektlərinə giriş pulsuz olacaq

20.05.2020 İqtisadiyyat
0 0
Dövlət Turizm Agentliyi xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması, Ramazan bayramı, Respublika Günü və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə daxili turizmin inkişafına dəstək məqsədilə mayın 19-dan iyunun 2-dək tabeliyində olan bir neçə turizm müəssisəsinə girişi ödənişsiz edir.

"Kommersant.az" xəbər verir ki, ziyarətçilər aşağıda adları qeyd olunan turizm obyektlərinə sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ödənişsiz daxil ola bilərlər:

"Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

"Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu;

"Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu;

Şəki Tarix-Diyarşünaslıq Muzeyi;

Şəki Xalq Tətbiqi Sənəti Muzeyi.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı rəhbər tutularaq mayın 18-dən etibarən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, o cümlədən qalereya və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb.

  • Əvvəlki

    "Azərbaycanda hamı tələb edir ki, "uşaqpulu" bərpa edilsin"

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0