USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pandemiya dövründə xaricə gedənlərin sayı açıqlandı

22.08.2020 İqtisadiyyat
0 0
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 3,1 dəfə azalaraq 996,5 min nəfər olub.

"Kommersant.az" xəbər verir ki, ölkə vətəndaşlarının 32,8 faizi İrana, 29,2 faizi Gürcüstana, 20,3 faizi Rusiya Federasiyasına, 10,0 faizi Türkiyəyə, 7,7 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 69,9 faizini kişilər, 30,1 faizini qadınlar təşkil etmişdir. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,4 dəfə, Gürcüstana gedənlərin sayı 3,0 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 2,7 dəfə azalıb.

2020-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 80,7 faizi dəmir yolu və avtomobil, 17,2 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə edib.

  • Əvvəlki

    "Mən kişiyəm toya necə getməyə bilərəm?" - SİYAVUŞ NOVRUZOV

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0