USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şengen vizaları ilə bağlı qaydalar - DƏYİŞDİRİLDİ

11.12.2020 İqtisadiyyat
0 0
Avropa İttifaqı Şurası və Avropa Parlamenti ötən gün Viza Məlumat Sistemində (VIS) dəyişikliklərə dair yekdil qərar verib.

"Kommersant.az" xəbər verir ki, yeni dəyişikliklər Şengen vizası və ya yaşamaq icazəsi almaq istəyənlərlə məlumatların yoxlanmasını təkmilləşdirmək imkanı yaradır.

Avropa İttifaqının yerli işlər komissarı İlva Yohansson bu dəyişikliklərin viza almaq istəyənlərlə bağlı şəxsi məlumatları daha etibarlı qorumaq məqsədi daşıdığını bildirib. Məsələn, biometrik məlumatlar, yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların qorunması nəticəsində uşaq alveri ilə mübarizə üçün daha əlverişli imkanlar açılacaq.

Həmçinin bütün məlumat bazalarında təhlükəsizlik tədbirləri artırılacaq. Belə ki, VIS-ə daxil olan ərizələr Avropa axtarış portalı üzərindən avtomatik rejimdə təhlükəsizlik və miqrasiya bazalarında da yoxlanılacaq.