USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Körpülər turizmə nə qədər qazandırır? - EKSPERT

03.08.2018 İqtisadiyyat
0 0
Dünyanın bir çox ölkələrində qeyri-adi, gözoxşayan görünüşə malik körpülər var.

Bu sırada "Golden Gate" (ABŞ), "Bosfor köpüsü" (Türkiyə), "Banpo fəvvarə-körpü" (Cənubi Koreya), "Miniliyin körpüsü" (İngiltərə), "Su körpüsü" (Almaniya), "Ayjay körpüsü" (Çin), Mulvian körpüsü (İtaliya) və s. körpülərin adını çəkmək olar.

"Kommersant.az" xəbər verir ki, həmin tikililərin xüsusi üslubda olması yerli turistlərlə yanaşı, xarici ölkələrdən gələn qonaqları da özünə cəlb edir. Məsələn, Vyetnamın Da Nanq şəhərində inşa edilən körpünü hər il 1 milyon 500 min insan ziyarət edir. Körpü daşdan düzəldilmiş əllər üzərindədir və ölkənin ən diqqətçəkən memarlıq nümunəsinə çevrilib.

Bəs Azərbaycanda körpü tikintisi turizmə nə qədər qazandırır?

"Körpülərin tikintisi dolayısı ilə turizmə dəstəkdir".

Bunu "Kommersant.az"a açıqlamasında turizm üzrə ekspert Ceyhun Aşurov deyib. Onun sözlərinə görə, internetin inkişafı ilə qurğular, mexanizmlər, heykəllər, körpülər məkanın qısa zamanda populyarlaşmasına şərait yaradır:

"Körpü işlərindəki yenidənqurma zamanı nəzərə almaq lazımdır ki, onlara daha çox turist nöqteyi-nəzərdən cəlbedici, maraqlı forma verilsin. Ölkəyə məxsus elementlər də mütləq şəkildə nəzərə alınmalıdır. Körpü daha çox vəsait tələb etdiyindən məkanı fərqləndirən atributlara malik tikililərə də önəm vermək olar. Məsələn, Heydər Əliyev Mərkəzi nadir üsluba malik tikili olduğundan turistləri özünə cəlb edir.

Düşünürəm ki, ölkədə dəniz suyuna yaxın ərazidə süni dəniz yaradılsa yaxşı olar. Bu da hətta qış aylarında da ölkəyə turist axınını təmin edə bilər. Təbii ki, layihə maliyyə tutumludur, ancaq Yaponiya, ABŞ kimi ölkələrin nümunəsindən yararlanmaq heç də pis olmaz".

İnşaat mühəndisliyi üzrə ekspert Sənan Bəşirzadə isə redaksiyamıza açıqlamasında bildirib ki, Azərbaycanda süni mühəndis qurğusu olan körpülərin tikintisində Sovet standartı olan "СНиП 2.05.03-84"-dən istifadə edilir:

"Əgər bu standarta tam olaraq uyğun bir iş ortaya qoyularsa və fövqəladə vəziyyət baş verməzsə, qurğu istismar müddətinin sonuna qədər təyin olunmuş cari və əsaslı təmirlər də nəzərə alınmaqla istismarda ola bilər.

Ekspert vurğulayıb ki, turistləri cəlb etmək üçün inşa edilən körpülər bəzən metaldan, dəmir-betondan yox, şüşədən inşa edilir:

"Bu, son dərəcə yeni və maraqlı konstruksiyadır və bu istiqamətdə Çin yenə də liderdir. Qaxın İlisu kəndində Hamamçay üzərində inşa edilən tağlı metal körpü də turizm məqsədi ilə tikilib. Bu, ora gələn turistlərin sayına birbaşa təsir edir. Turistlərə tikilinin hansı maliyyə civarında inşa olunduğu yox, qeyri-adiliyi maraqlıdır".

  • Əvvəlki

    Dolların avqustun 6-na olan məzənnəsi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0