Bunu "Kommersant.az"a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib. Onun sözlərinə görə, sərhəd bölgüsü məsələləri həll olunduqdan sonra birbaşa reyslər həyata keçirilə bilər:
"Dağıstan sərhəd respublikadır. Reysin açılması turizm mübadiləsinə səbəb olacaq. Dağıstan və Azərbaycan arasında bu aviareysin qurulması üzrə əməkdaşlıq haqqında memorandum yenicə imzalansa da, reysin açılması məsələsi təqribən 3 ildir ki, gündəmdədir".