USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda "BakuBus" qəzaya düşdü - YARALILAR VAR

03.01.2019 İqtisadiyyat
0 0
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında baş verib.

"BakuBus" MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu "KİA" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, "KİA" markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

"Bakı Nəqliyyat Agentliyi"nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə bildirib ki, faktla bağlı araşdırma aparılır, araşdırmadan sonra qəzanın səbəbləri müəyyən ediləcək.

Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.