USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezidentin iki həftə öncə açdığı yol yenidən təmir edilir - Daha bir yol biabırçılığı (VİDEO)

12.01.2019 İqtisadiyyat
0 0
Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolda 2 həftə öncə açılmasına baxmayaraq, yenidən təmir işləri aparılır.

"Kommersant.az" xəbər verir ki, vətəndaşlardan birinin lentə aldığı görüntü məhz sözügedən yolda çəkilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 26 dekabr tarixində açılan yolda təmir işlərinin hansı səbəbdən aparılması isə məlum deyil.

Qeyd edək ki, yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tikib. Bu yolun inşası Prezident İlham Əliyevin 2018-ci ilin yanvarında imzaladığı Sərəncama əsasən aparılıb. Bu ilin fevral ayında tikintisinə başlanılan yeni yolun uzunluğu 1310, eni 18,5 metrdir. Yol birinci texniki dərəcəyə uyğun inşa edilib və 4 hərəkət zolağından ibarətdir.

Yol sosial evlərdə yaşayan sakinlərin daha rahat şəhər mərkəzinə hərəkət etməsi üçün inşa edilib.

  • Əvvəlki

    İlham Əliyev Fazil Məmmədov barədə sərt danışdı: - "Piramida yaradılırdı"

Digər xəbərlər