Bu yollarda təmir işləri aparılacaq, ona görə...

04.03.2019 Nəqliyyat
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 52-ci km hissəsində və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Hökməli dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə "Kommersant.az"a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bundan başqa, Bakı şəhəri, Bibiheybət məscidinin yanında və Bakı-Şamaxı avtomobil yolunun 15-100-cü km hissəsində yol nəqliyyat qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılacaq.

Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələrinin hərəkəti köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunub.

Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.