Bakıya uçan təyyarəyə külli miqdarda pul keçirmək istədi, tutuldu

12.03.2019 Nəqliyyat
Azərbaycan vətəndaşı Rusiyanın Stavropol diyarının Mineralnıye Vodı sərhəd keçid məntəqəsindən qanunsuz yolla külli miqdarda pul keçirmək istəyib.

"Posta.az" oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı Mineralnıye Vodı gömrük idarəsi məlumat yayıb.

Bildirilib ki, martın 10-da azərbaycanlı sərhəddən 1,1 milyon rublu (28 380 AZN -red.) qanunsuz olaraq keçirməyə cəhd edib.

Həmin şəxs vətənə dönmək üçün "Mineralnıye Vodı - Bakı" reysinə minmək istəyərkən saxlanılıb. Ancaq yoxlamalar zamanı problem olub. Məlum olub ki, o, üzərindəki külli miqdarda pulu qeydiyyata salmayıb.

Həmin məbləğ müsadirə edilib və onu böyük həcmdə cərimə gözləyir.

VTB