USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda metro istifadəçilərinə şad xəbər

18.03.2019 İqtisadiyyat
0 0
Bakı metrolarında havalandırma sistemini yaxşılaşdırmaq üçün yeni ventilyatorlar gətirilib.

Bunu açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı metroplitenində havalandırma sisteminin daha da yaxşılaşdırılması məqsədi ilə, metropolitenə hazırda iki ədəd ventilyaytor alınaraq gətirilib, daha 5 ədəd ventilyator yaxın aylarda gətiriləcək.

"Bu ventilyatorların mövcud ventilyatorlardan fərqi daha güclü olmasıdır. Bu ventilyatorlar quraşdırıldıqdan sonra metronun havalandırılmasında yaxşılığa doğru ciddi dəyişikliklər olacaq",- deyə, B. Məmmədov bildirib.

Ventilyatorların nə zaman quraşdıırlacağına gəldikdə B.Məmmədov bildirib ki, 7 ventilyator eyni zamandan dəyişdiriləcək.
"Çünki hazırda 7 ventilyatorun əsaslı təmirinə ehtiyac var və onlar eyni zamanda quraşdırılacaq. Bu da metroda havalandırmaya əsaslı şəkildə təsir edəcək",- B.Məmmədov vurğulayıb.

O, bildirib ki, bu proses davam edəcək və metroların havalandırma sisteminin yaxılaşdıırlması istiqamətində il boyunca işlər davam edəcək: "Havalar qızanadək bu istiqamətdə ciddi adımlar atılacaq".