USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıətrafı dəmir yolu xəttinin icra vəziyyəti yoxlanılıb

30.05.2018 İqtisadiyyat
0 0
Prezident İlham Əliyevin bu il mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama uyğun olaraq işlər davam edir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən "Kommersant.Az"a verilən məlumata görə, qurumun sədri Cavid Qurbanov Bakı şəhərətrafı dəmir yolu xəttinin yenidən qurulması işlərinin icra vəziyyəti ilə tanış olmaq üçün Sabunçu stansiyasında olub.

Hazırda Sabunçu stansiyasında yolların və yoldəyişənlərin yenilənməsi, dəmir yolu keçidlərinin (avtomobil yolu ilə kəsişmə) yenidənqurulması, lazımi yerlərdə yerüstü və yeraltı keçidlərin inşası (piyadalar üçün), yolun ətrafının hasarlanması, elektrik təchizatı və işarəvermə ilə rabitə sisteminin gücləndirilməsi, stansiyada binaların və platformaların yenidənqurulması işləri aparılır.

Eyni zamanda C.Qurbanov polad magistralda görülən işlərlə tanış olmaq üçün Sumqayıt-sərnişin, Biləcəri yuyucu-buxarlayıcı stansiyalarında, Motorlu rels nəqliyyatı, maşın-mexanizmlərin təmiri emalatxanasında olub və yeni texnologiyaların tətbiqi istiqamətində reallaşdırılan işlərə baxış keçirib.

  • Əvvəlki

    Nazir: "Azərbaycan Dünya Bankı ilə əlaqələrin genişlənməsində maraqlıdır"

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0