Dünyanın ən yaxşı aeroportları məlum olub - SİYAHI

30.05.2018 Nəqliyyat
Dünyanın ən yaxşı aeroportları məlum olub.

"Kommersant.Az" xəbər verir ki, "Skytrax" 2017-ci ilin avqustundan 2018-ci ilin fevralına qədər 550-dən çox hava limanında 100-dən çox millətin nümayəndələri arasında sorğu keçirib.

Məlumata görə, 13.73 milyon sərnişinin iştirak etdiyi sorğunun nəticələri Dünya Havalimanı Mükafatları (World Airport Awards) təşkilatının rəsmi saytında yayımlanıb.

Sorğunun nəticələrinə görə "Singapore Changi" aeroportu dünyanın ən yaxşı hava limanı seçilib. "Incheon" ikinci, "Tokyo Haneda" üçüncü olub. "Hong Kong" dördüncü, "Doha Hamad" beşinci, "Munich" altıncı, "Centrair Nagoya" yeddinci, "London Heathrow" səkkicinci yeri tutub. "Zurich" doqquz, "Frankfurt" isə siyahının onuncu pilləsində qərarlaşıb.

"Tokyo Haneda" isə dünyanın ən təmiz hava limanı ünvanına layiq görülüb.

Bununla yanaşı işçilərinə, otellərinə, baqaj sistemi və s. kateqoriyalara görə də ən yaxşı hava limanlarının siyahısı da açıqlanıb.

Qeyd edək ki, sorğu ingilis, ispan və çin dillərində aparılıb.