USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kəmaləddin Heydərov bu villadan yaxtası ilə dənizə çıxır - FOTOLAR

31.07.2019 İqtisadiyyat
0 0
Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərovun Xəzər rayonunu Şüvəlan qəsəbəsində yerləşən villası üzə çıxıb.

"Kommersant.az" bildirir ki, Unikal.org-a daxil olan görüntülərdə, Kəmaləddin Heydərova məxsus, qiyməti milyon dollarla dəyərləndirilən villa Şüvəlan qəsəbəsində Mayak deyilən ərazidə yerləşir.

Ərazinin bir hissəsi dəniz sahəsinə düşür.

Nazir mütəmadi olaraq dincəlmək üçün, sözügedən ərazidə saxladığı yaxta ilə dəniz səyahətinə çıxır.