USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda 2 yolda hərəkət məhdudlaşdırılır

31.05.2018 İqtisadiyyat
0 0
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız hala düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə "Kommersant.Az"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, bundan başqa, Sabunçu rayonu, Sabunçu yol qovşağından Hava limanı istiqamətində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu üzdən sözügedən yollar boyu hərəkət iş aparılan bir zolaq üzrə (digər hərəkət zolaqları açıqdır) hissə-hissə məhdudlaşdırılır.

Sürücülərdən qeyd olunan müddət ərzində həmin istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    3 gün metronun bütün stansiya və vaqonlarında səsləndirmələr uşaqların dilindən olacaq

Digər xəbərlər