Gün ərzində "Samur" gömrük məntəqəsində 250-dək avtomobil yoxlanılır

01.06.2018
İqtisadiyyat
0
0
2018-ci ilin may ayında “Samur” gömrük məntəqəsindən, ümumilikdə 30 minə yaxın nəqliyyat vasitəsi keçib.
"Kommersant.Az" bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin "Samur" Gömrük Postunun rəisi Asim Salmanov deyib.
Onun sözlərinə görə, gün ərzində "Samur" gömrük məntəqəsinin idxal və ixrac xəttində, ümumi olaraq 200-250-yə yaxın minik avtomobili yoxlanılır. Həmçinin adı çəkilən xətlərdən keçən yük avtomobillərinin sayı da 200-250-dir.
A.Salmanov qeyd edib ki, idxal və ixrac xətlərinin hər birində, eyni zamanda 3 yük avtomobilini yoxlamaq mümkündür. "Bir yük avtomobilin yoxlanması 15-20 dəqiqə ərzində başa çatır. Bir minik avtomobilinin yoxlanması isə təxminən 5 dəqiqə müddətindədir," – deyə A. Salmanov bildirib.
Digər xəbərlər

04.07.2025
İqtisadiyyat
Morgan Stanley'nin Türkiyə proqnozları: İnflyasiya və faiz gözləntiləri açıqlandı
0
0

03.07.2025
İqtisadiyyat
Ötən ay uşağın anadan olmasına görə neçə nəfərə birdəfəlik müavinət ödənilib?
0
0