USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı-Mahaçqala qatarı sadələşdirilmiş gömrük proseduru ilə işləyəcək

02.10.2019 İqtisadiyyat
0 0
Bakı-Mahaçqala qatarı Sankt-Peterburq-Helsinki sürət qatarlarının nümunəsi ilə işləyəcək.

Bu barədə Dağıstanın başçısı Vladimir Vasilyev "Valday" Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI iclasında jurnalistlərə bildirib. O deyib ki, Dərbənddən keçəcək Mahaçqala-Bakı qatarının Sankt-Peterburq-Helsinki sürət qatarı kimi sadələşdirilmiş gömrük proseduru ilə sərhədi keçməsi məsələsi müzakirə olunur. V.Vasilyevin fikrincə, bu, qarşılıqlı turist axının artırılmasına kömək edəcək.

Dağıstanın başçısı əlavə edib ki, bu məsələ Azərbaycan və Rusiya müvafiq nazirliklərinin Dərbənddə keçirilən görüşündə müzakirə olunub.

O, həmçinin bildirib ki, bir çox müsəlman məbədlərinin yerləşdiyi qədim Dərbənd şəhərinin turizm mərkəzinə çevrilməsi üçün plan hazırlanır. /Azərtac

  • Əvvəlki

    Azərbaycan ilk "10-luq"da - Bu göstəriciyə görə

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0