USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ilk "10-luq"da - Bu göstəriciyə görə

02.10.2019 İqtisadiyyat
0 0
Bu ilin əvvəlinə Azərbaycanın xarici dövlət borcunun (8,9 milyard ABŞ dollarından bir qədər çoxdur) ümumi daxili məhsula (ÜDM) nisbəti 17,6% təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu göstəricinin azlığına görə ölkəmiz dünyada 9-cudur.

Siyahıya liderliyi Honkonq edir. Növbəti yerlərdə Bruney (2,6%), Əfqanıstan (6,9%), Estoniya (7,6%), Botsvana (12,8%), Rusiya (13,8%), Konqo (14%), Solomon adaları (14,6%) və Azərbaycandan sonra 10-cu yerdə Küveyt (17,8%) qərarlaşıb.