USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq

28.10.2019 İqtisadiyyat
0 0
Bakıda avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq.

Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, bu gün şəhər ərazisində "BakıKart" ödəmə terminallarının sayı kifayət qədərdir: "Həm metro stansiyalarında, həm də avtobus dayanacaqlarında bu cür terminallar quraşdırılacaq. Əgər biz deyiriksə, "BakıKart"ın əhatə dairəsi ilin sonuna kimi əhəmiyyətli dərəcədə genişləndiriləcək, bu halda terminalların sayı da artırılacaq. Amma ümumilikdə vətəndaşlarımızın kartın balansını rahat şəkildə artırması üçün İKT imkanlarından daha geniş istifadə ediləcək və "online" sistem işə salınacaq. Hazırda bununla bağlı zəruri olan texniki prosedurlar icra olunmaqdadır. Düşünürəm ki, gələn ilin birinci yarsında artıq bu da mümkün olacaq".

  • Əvvəlki

    “Brexit” gələn il yanvarın 31-dək təxirə salınıb

Digər xəbərlər