BNA bu dövlət qurumunu ittiham etdi - FOTO, VİDEO

01.11.2019 Nəqliyyat
BNA Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini vətəndaşlara əziyyət verməkdə günahlandırıb.

"Kommersant.az" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Facebook" sosial şəbəkəsində bu barədə status yazıb. Statusu olduğu kimi təqdim edirik:

"Yolun hərəkət hissəsində aparılan təmir-tikinti işlərinin vaxtında yekunlaşmaması, eyni zamanda təmir müddətində nəqliyyat vasitələrinin hərəkəti üçün uyğun şəraitin yaradılması sonda məhz bu cür çətinliklərə səbəb olur.

Mövcud vəziyyətdən ən çox əziyyəti isə ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz çəkir. Bu cür problemlər eyni zamanda avtobusların istismar müddətinin azalmasına və amartizasiya xərclərinin artmasına gətirib çıxarır.

Şəhər mərkəzindən “20-ci sahə” adlanan əraziyə gedən yolda olduğu kimi. Yolun hərəkət hissəsində aparılan işlərin yekunlaşmaması səbəbindən müntəzəm marşrut xətt avtobusları, xüsusən də BakuBus MMC-yə məxsus avtobusların hərəkəti çətinləşib. Təəssüf ki, analoji hallar bir çox küçələrdə var".

VTB