USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan ABŞ və Almaniyanı qabaqlayıb

04.11.2019 İqtisadiyyat
0 0
Azərbaycanın dəmir yolu nəqliyyatının səmərəlilik indeksi 70,8-ə bərabər olub.

"Kommersant.az" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Express" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, bu barədə Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi "Qlobal Rəqabətlilik Hesabatı"nda deyilir.

Hesabata görə, Azərbaycan bu indeks üzrə ABŞ (69,2), Almaniya (65,3), Estoniya (60,9), Norveç (57,6) və İsveç (49,3) kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Yaponiyanın dəmir yol nəqliyyatının səmərəlilik indeksi 96-ya bərabər olub ki, bu da ən yüksək göstəricidir. Ən aşağı indeks göstəricisi isə Lesotoda olub.

Ümumiyyətlə, Azərbaycan siyahıda 141 ölkə arasında 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, səmərəlilik indeksi tezlik, dəqiqlik, sürət və qiymət kimi kateqoriyalar birləşdirilərək ölçülür. Dəmiryol şəbəkələrinin sıxlığı və ümumi sürücülük səviyyəsi səmərəlilik dərəcələrində öz əksini tapmır.

  • Əvvəlki

    Mikayıl Cabbarov sahibkarlara səsləndi - VİDEO

Digər xəbərlər