“Koroğlu”dan gəlib-gedənlərin - NƏZƏRİNƏ

09.11.2019 Nəqliyyat
Bu gündən Bakı kəndləri və ətraf qəsəbələrdən "Koroğlu” istiqamətində işləyən marşrut avtobuslarının dayanacağı dəyişib.

"Kommersant.az" xəbər verir ki, səhər saatlarından etibarən "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə verilib.

Bundan sonra sözügedən avtobuslar Qara Qarayev metrosu istiqamətindən yox, birbaşa Atletlər kəndi yaxınlığından hərəkət edərək yeni qurulan mərkəzdə dayanacaqlar. /Qafqazinfo