Bakıdan Alanyaya birbaşa uçuşlar başladı

07.06.2018 Nəqliyyat
Bu gündən etibarən “Buta Airways” Bakıdan Türkiyənin Alanya bölgəsinə birbaşa uçuşlara başlayıb.

Heydər Əliyev adına Hava Limanından verilən məlumata görə, artıq ilk aviareys saat 07:50 radələrində həyata keçirilib.

Qeyd edək ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və şənbə günləri həyata keçiriləcək.