USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Belə olsa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq... - BNA açıqladı

27.03.2020 İqtisadiyyat
0 0
"Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırıla bilər".

"Kommersant.az" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev deyib. Onun sözlərinə görə, koronavirus pandemiyası ilə bağlı Nazirlər Kabinetinin verdiyi qərarlara əməl olunmasa, Bakıda ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq:

"Bakı şəhərində nəqliyyatın fəaliyyəti dayandırılmayıb. Sadəcə, ictimai nəqliyyatdan istifadə edənlərə xəbərdarlıq edilib. Əgər qoyulan qaydalara əməl olunmasa, insanlar evdə qalmayıb istədikləri zaman küçələrə çıxsalar, o zaman ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq".

Qeyd edək ki, sosial şəbəkələrdə BNA adından ölkədaxili, şəhərlərarası hərəkətin tamamilə qadağan odulması, Bakıda marşrut xətlərinin fəaliyyətinin dayandırılmasıyla bağlı xəbər yayılıb.

  • Əvvəlki

    Azərbaycanda koronavirusa görə atılacaq addımlar açıqlandı

Digər xəbərlər