USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yeni avtomobil modeli yığılacaq

08.06.2018 İqtisadiyyat
0 0
Naxçıvan Avtomobil Zavodu yeni NAZ-Lifan 650 modelinin montajına hazırlaşır.

Bunu "Kommersnt"a zavodun icraçı direktoru Polad Sadıxov bildirib.

O qeyd edib ki, artıq Çinin Lifan şirkətinə ehtiyat hissələri sifariş edilib.

NAZ-Lifan 650 modeli Lifan 620-nin yenilənmiş versiyasıdır. Avtomobil 1,5 litr mühərriklə təchiz olunur.

Hazırda Naxçıvan Avtomobil Zavodunda NAZ-Lifan X60, 330 və 820 modelləri yığılır.