USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Hazırda nəqliyyatdakı problemlərdən biri peşəkar sürücü çatışmazlığıdır"

11.06.2018 İqtisadiyyat
0 0
Son 8 ay ərzində Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində 1 356 nəfər xüsusi təlim keçib.

"Kommersant" xəbər verir ki, bunu agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, təlimi uğurla başa vuranların adları BNA-nın yaradacağı Xüsusi Sürücü Bazasına daxil ediləcək: "Daşıyıcılardan verilən məlumata görə, hazırda 3060 sürücü sərnişinlərə xidmət göstərir. Onların hər biri xüsusi təlimlərdən keçəcək. Təlimlərdən keçmiş sürücülərin məlumatları əsasında həmin baza formalaşdırılacaq".

M.Ağayev qeyd edib ki, daşıyıcı şirkətlərin əməkdaşı olmayan D kateqoriyalı sürücülər də təlimlərdə iştirak edə bilərlər.

"Hazırda nəqliyyatdakı problemlərdən biri peşəkar sürücü çatışmazlığıdır", - deyə o, qeyd edib.

  • Əvvəlki

    “POLONEZ”in atış uzaqlığı 300 kilometrdir, 100 metr radiusu dağıdır

Digər xəbərlər