Türkiyə Azərbaycanla hava sərhədini açır

04.06.2020 Nəqliyyat
Türkiyədən Azərbaycana uçuşlar iyunun 15-dən bərpa olunacaq.

"Kommersant.az" Türkiyə mediasına isatinadən xəbər verir ki, bu haqda Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu deyib.

Nazirin sözlərinə görə, iyun ayında mərhələli şəkildə 40 ölkəyə uçuşlar bərpa ediləcək.

Qeyd edək ki, ilk uçuşlar iyunun 10-dan Şimali Kipr Türk Respublikası, Bəhreyn, Bolqarıstan, Qətər və Yunanıstana olacaq.

VTB