USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstandan Azərbaycana avtomobil idxalı da artdı

19.06.2018 İqtisadiyyat
0 0
Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 2 786 ədəd avtomobil idxal edib.

"Kommersant" statistik göstəricilərə istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.

Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 54 mln. 099 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,7 dəfə çox olub.

Ötən ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 dollar dəyərində 556 ədəd avtomobil idxal olunub.