USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Volkswagen"dən yeni ad qərarı

20.06.2018 İqtisadiyyat
0 0
"Volkswagen" verdiyi son qərar ilə yük avtomobilləri və avtobus bölməsinin (Truck & Bus) adını "Traton Group" olaraq dəyişdiyini açıqlayıb.

"Kommersant"ın məlumatına görə, şirkətdən bildiriblər ki, yeni ad kommersiya avtomobilləri seqmentində yeni marka şüurunu gücləndirməyə kömək edəcək. Şirkət bu sahədə Daimler və Volvo ilə rəqabət etmək üçün MAN və Scania departamentlərini də birləşdirir.

Avtomobil nəhəngi kommersiya avtomobilləri seqmentində qlobal güclənmək üçün maliyyə toplamağa da hazırlaşır.

Volkswagen çərşənbə günü verdiyi açıqlamada da kommersiya avtomobilləri seqmentində "Ford Motor" ilə tərəfdaşlıq qurmağı planlaşdırdığını bildirmişdi.

Volkswagen Qrupuna - VW, Audi, Skoda, Seat, Porsche, MAN və Scania markaları daxildir.

  • Əvvəlki

    Zəhərlənən pambıqçılara görə Fitosanitarın rəisi işdən çıxarıldı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0