USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şuşaya yol çəkilir

17.11.2020 İqtisadiyyat
0 0
Füzuli şəhərindən Şuşa şəhərinə yol çəkilir.

"Kommersant.az"ın məlumatına görə, artıq yolun çəkilişinə start verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonunda layihənin icrasının gedişi ilə tanış olublar.

Dövlət başçısı qeyd edib ki, bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür, tarixi bir gündür: "Bu gün Füzuli-Şuşa avtomobil yolunun təməli qoyulur".

Prezident bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib: "Bu yolun çox böyük əhəmiyyəti var. Çünki bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Eyni zamanda bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir.

Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Və deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min km-dən çox avtomobil yolu çəkilibdir. Yollar da keyfiyyətlidir. Bu göstəriciyə görə, Azərbaycan dünyada qabaqcıl yerlərdədir".

  • Əvvəlki

    Sabah hava necə olacaq?

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0