USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İctimai nəqliyyatda gedişhaqları artmayacaq - VİDEO

06.01.2021 İqtisadiyyat
0 0
Aİ-92 markalı benzinin və dizelin qiymətinin artması ictimai nəqliyyatda gedişhaqlarına təsir etməyəcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, şəhərdaxili sərnişindaşıma ilə məşğul olan avtobuslarda qiymətlər dəyişməyəcək. Hazırda bu məsələ gündəmdə deyil.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən də bildirilib ki, rayonlar və şəhərlərarası sərnişindaşımada da qiymət artımı olmayacaq. Bu fəaliyyətlə məşğul olan sahibkarlara müəyyən güzəştlər ediləcək.

Taksilərdə süni qiymət artımına yol verilməməsi üçün isə nəzarət tədbirləri gücləndiriləcək.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən də bildirildi ki, bu nəqliyyat növündə gedişhaqqının artırılması hazırda gündəmdə deyil.

  • Əvvəlki

    "WhatsApp" rekorda imza atdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0