USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL Bakı-Paris aviareyslərinin sayını artıracaq

27.06.2018 İqtisadiyyat
0 0
“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Paris aviareyslərinin sayını artırır.

AZAL-dan verilən məlumata görə, gələn aydan etibarən AZAL Bakı-Paris reyslərinin sayını həftədə üç dəfəyədək artırmaq niyyətindədir.

Məlumata görə, hazırda Bakıdan Parisə həftədə iki dəfə uçuşlar həyata keçirilir. Bakıdan təyyarə çərşənbə axşamı və bazar günləri saat 6:30-da havaya qalxır. Saat 10:20-də isə Paris aeroportuna eniş edir. Saat 11:25-də isə təyyarə Paris aeroportundan qalxaraq saat 18:35-də Heydər Əliyev Beynəlxalq Hava Limanına çatır.

Gələn aydan etibarən isə həftənin cümə axşamları saat 6:15-də Bakıdan Parisə aviareys həyata keçiriləcək. Təyyarə saat 10:05-də Parisə enəcək. AZAL-ın təyyarəsi Paris aeroportundan saat 11:05-də havaya qalxacaq və 18:15-də Bakıya eniş edəcək.

Qeyd edək ki, reyslər yay cədvəlinə uyğun olaraq artırılır.